...

Xankəndidə Qərbin və İrəvanın qapısına vurulan "QOL" - Dünyaya daha bir mesaj (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 22 Dekabr 2023 20:55 (UTC +04:00)
Xankəndidə Qərbin və İrəvanın qapısına vurulan "QOL" - Dünyaya daha bir mesaj (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisədir. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib. Bu, şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi idi. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etdilər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov deyib ki, hər bir azərbaycanlı bayram sevinci yaşadı.

“Dünənki oyun rəmzi xarakter daşıyırdı. Cənab Prezident İlham Əliyev çıxış edərək dünyaya mesajlar verdi. Xankəndi 30 il işğal altında qaldı, lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi və bu gün biz bu sevinci yaşayırıq”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti