Bakı. Trend:
Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, “Banklar haqqında” Qanunun 82.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilib:
“82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər;”.
Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.