Bakı. Trend:
Beynəlxalq aləmdə sazişlər bəzən formal xarakter daşıyır. Çünki sülh sazişləri də müəyyən müddətdən sonra pozula bilər.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasındakı razılıq, ilk növbədə, münasibətlərin tənzimlənməsinə istiqamətlənib.
“Bəzi fransız rəsmiləri Fransanın hazırkı siyasətini dəstəkləmir. Azərbaycana qarşı mənfi davranış Fransa Prezidentinin və xarici işlər nazirinin təşəbbüsüdür. İranla münasibətlər normaldır, lakin təhlükəsizliklə bağlı bəzi məsələlər həll edilməlidir. Bundan sonrakı proseslər İran tərəfinin addımlarından asılı olacaq", - deyə o bildirib.