Bakı. Trend:
Azərbaycanın baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığında sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
"Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının aktual məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib", - məlumatda deyilir.
Bundan başqa, baş nazirlər Müstəqil Dövlətlər Birliyi (MDB) və digər çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyəti müzakirə ediblər.