Bakı. Trend:
Rumıniya Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
Trend xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
“Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm", - məktubda deyilir.