Bakı. Trend:
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb.
Trend xəbər verir ki, bu barədə səfirliyin teleqram səhifəsində məlumat yayılıb.
Görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.