...

Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

Siyasət Materials 23 Fevral 2024 11:24 (UTC +04:00)
Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti