...

Prezident İlham Əliyev: Gələn il Ağdama ilk köç başlanacaq

Siyasət Materials 26 Fevral 2024 17:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Gələn il Ağdama ilk köç başlanacaq

Bakı. Trend:

Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti