...

Ermənistan müharibəyə hazırlaşır

Siyasət Analytics 28 Fevral 2024 13:01 (UTC +04:00)
Ermənistan müharibəyə hazırlaşır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın tələbləri və göstərişləri əsasında Ermənistan Azərbaycanla sərhəddə yeni silahlı təxribat hazırlayır. İrəvanın məqsədi bir neçə mövqeyi, yaxud yüksəkliyi ələ keçirməkdir.

Fransanın verdiyi kibritlə oynayan Paşinyan Ermənistan adlı evini qızdıracaq ocağı yandırmaq əvəzinə, evi yandırıb külə çevirə bilər.

Baş verən proseslərin sonucu belə ola bilər. Daha doğrusu, belə olacaq.

... Fransa Cənubi Qafqazda vəziyyəti sürətlə gərginləşdirməkdə, Ermənistanı yeni hərbi əməliyyata hazırlamaqdadır.

Belə ki, Fransanın Vahid Xarici Siyasi və Hərbi Kəşfiyyat Xidməti (Direction générale de la Sécurité extérieure, DGSE) ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq anlaşması imzalanıb.

Anlaşma Paris və İrəvan arasında 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə barədə kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur.

Bundan başqa, Ermənistan sərhədləri boyunca hərbi-siyasi vəziyyat barədə peyklər vasitəsilə alınmış məlumatları Paris İrəvana verəcək.

Bu arada Fransa Müdafiə Nazirliyinin hərbi təlimatçıları Ermənistanda iki aydan bəri fəaliyyətləri barədə "ilkin məlumat"lar veriblər. Onlar erməni hərbçilərinə xüsusi təyinatlı və dağ-atıcı birliklərin döyüş şəraitində fəaliyyətini öyrədirlər.

Təlimlərin bundan sonra iki ay da davam edəcəyi vurğulanır.

Fransanın Ermənistanı silahlandırması, baş nazir Nikol Paşinyana bütün səviyyələrdə və müstəvilərdə dəstək vəd etməsi, İrəvanın regionda real geosiyasi gücə çevrilməsi üçün malik olduğu rıçaqlarla vasitələrin az qala hamısını işə salmasının səbəbləri çoxdur.

Ötən ilin sentyabrın 19-da Azərbaycan ordusunun reallaşdırdığı lokal antiterror tədbirlərindən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları sakitləşdilər. Ermənistanla şərti dövlət sərhədimizdə nisbi sakitlik təqribən 5 ay davam etdi və bu ilin fevralın 12-də Ermənistan bilərəkdən vəziyyəti ifrat dərəcədə gərginləşdirməyə çalışaraq şərti dövoət sərhədindəki mövqelərimizi snayper atəşinə tutdu.

Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində snayper atəşinin açıldığı erməni mövqeyi və Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının 4 silahlısı məhv edildi.

Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesini aktivləşdirməyə çalışır. Bu proses çərçivəsində şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Zəngəzür dəhlizi layihəsinqin rpeallaşması, münasibətlərin normallaşması və kommunikasiyaların bərpası kimi məsələlər də nəzərdən keçirilir.

Ermənistan rəhbərliyi ənənəvi davranışlarını pozmayaraq bəyanatlarında sülhə meylli olduqlarını, Bakı ilə sülh sazişini mümkün qədər tez imzalamaq istədiklərini, lakin "Azərbaycanın yeni hərbi əməliyyata hazırlaşdığını" və "vəziyyəti gərginləşdirməyə çalışdığını" vurğulayırlar.

Eyni zamanda, regionda aktivləşən Fransa Ermənistanı yeni silahlı toqquşmaya sövq edir və bölgədə ermənilər vasitəsilə təsir imkanlarını artırmağa çalışır.

Azərbaycana qarşı mümkün silahlı təxribatın ssenarisi də Parisdə hazırlanıb.

Həmin ssenariyə görə, Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri şərti dövlət sərhədində ordumuzun mövqelərini iriçaplı silahlardan və minaatanlardan atəşə tutmalı, sonra hücuma cəhd etməlidirlər. Məqsəd Azərbaycan ərazisində bir neçə mövqeni və ya yüksəkliyi ələ keçirmək, bu minvalla Azərbaycanı sərt cavab aksiyasına vadar etməkdir.

Aksiya baş tutan kimi sözügedən ssenariyə uyğun olaraq əvvəlcə Ermənistan və Fransa, daha sonra isə Qərbin bir sıra ölkələrinin mass-mediasında "Azərbaycan hərbçiləri Ermənistan ərazisini atəşə tutur, əraziləri ələ keçirməyə, işğalı reallaşdırmağa çalışırlar" tipli xəbərlər peyda olmalıdır. Həmin xəbərlər Azərbaycanı hədəfə alacaq genişmiqyaslı informasiya-propaqanda kampaniyasının tərkib hissəsinə çevrilməlidir.

Beləcə, Cənubi Qafqazda yeni eskalasiyasının informasiya fonu, Fransanın bilavasitə rəhbərliyi və nəzarəti altında Ermənistanın Azərbaycana qarşı planlaşdırılan təxribatının təbliğat zəmini hazırlanacaq.

Məqsəd Qərö ölkələrindəki insanları "qəddar və güclü Azərbaycanın məsum və zəif Ermənistana hücum etməsi"inə inandırmaqdır.

Bəhs etdiyimiz ssenaridə Fransanın məqsədi Ermənistan və ümumiyyətlə, ermənilər vasitəsilə bölgədəki mövcudluğunu gücləndirmək, Rusiyanın Ermənistana təsir imkanlarını azaltmaq, perspektivdə ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə və Moskvanın bölgəni tərk etməsinə nail olmaqdır.

Paris məqsədlərinə çatmaq üçün Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasından (EUMA) da istifadə edir. EUMA Parisdən İrəvana göndərilmiş rezidentlər və casuslar vasitəsilə Ermənistandakı agentura şəbəkəsini dahza da genişləndirərək Azərbaycanla şərti dövlət sərhədindəki «müşahidələr»i vasitəsilə əldə etdiyi məlumatları Parislə paylaşmağı unutmur.

Şərti dövlət sərhədindəki eskalasiya Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasına da ölkənin daxili siyasətindəki mövqelərini möhkəmləndirmək üçün uğurlu gediş təsiri bağışlayır.

Amma diplomatiya ilə geosiyasətdə tam diletant olan Nikol Paşinyan bu dəfə də yanılır.

Ermənistanı Qərblə Rusiya arasında qarşıdurma məkanına çevirmək istəyən Fransa yeni, çox ciddi səhvə yol verir.

Emmanuel Makron 44 günlük İkinci Qarabağ Müharibəsinin sonucları nəticəsində Cənubi Qafqazda formalaşmış geosiyasi reallıqlarla yanaşı, regiondakı qüvvələr nisbətini və ən əsası, bölgədə marağı olan böyük dövlətlərin mövqelərini nəzərə almır.

O, eyni zamanda ABŞ və Avropa İttifaqının bölgə ilə əsas, prinsipial mövqeyini - Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına rəvac verərək müvafiq şəraitin yaranmasına yönəlmiş proseslərə dəstək verilməsini də unudur.

Belə unutqanlıq Fransa üçün xarici siyasətdə yeni fiasko, Ermənistan üçünsə fəlakətlə sonuclana bilər.

Xəbər lenti

Xəbər lenti