...

Azərbaycan qarşısına qoyduğu bütün layihələri uğurla icra etməyi bacarıb - Deputat

Siyasət Materials 6 Mart 2024 14:20 (UTC +04:00)
Azərbaycan qarşısına qoyduğu bütün layihələri uğurla icra etməyi bacarıb - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

Azərbaycan qarşısına qoyduğu bütün layihələri uğurla icra etməyi bacarıb. Bu layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Zamanında kimlərsə bu layihənin reallaşacağına inanmırdı, lakin Azərbaycan bunu bacardı və bu layihə artıq realdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat xaırladıb ki, kəmər 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib.

“30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Bu layihə həm də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi mühüm töhfədir. 2021-ci ildə 8,2 milyard m3, 2022-ci ildə isə 11,4 milyard m3 təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.

Bu kəmər Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, qazın təchiz edildiyi region və ölkələrin enerji təhlükəsizliyini artırır”, - deyə deputat əlavə edib.

A.Həsənova əlavə edib ki, eyni zamanda, Azərbaycan bərpa olunan enerji resurslarından səmərəli istifadəyə böyük önəm verir və bu istiqamətdə böyük layihələr icra edir.

“Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan neft və qaz gəlirlərini doğru istiqamətdə istifadə edir, həm iqtisadiyyatın digər sahələrinin inkişafına, eyni zamanda, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldir.

“Məhz bunun nəticəsidir ki, son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib. Azərbaycan, eyni zamanda, bu gəlirlər hesabına əhəmiyyətli məbləğdə valyuta ehtiyatları formalaşdırmağa nail olub”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti