Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-də Azərbaycanın üzləşdiyi mina problemlərindən danışıb.
Trend xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 55-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin Cenevrə ofisində keçirilmiş “Terrorizmin qurbanları – Beynəlxalq Standartlar və Yaxşı Təcrübələr. Terrorizm Qurbanlarına dair BMT-nin Qanunvericilik Müddəaları Modelinin milli tətbiqi istiqamətində” adlı yan tədbirdə iştirak edib.
Tədbirdə A.Abbasov Ermənistanın 30 il ərzində ölkəmizə qarşı
törətdiyi mina terroru, həmin terror nəticəsində Azərbaycanın ətraf
mühitinə vurulmuş ziyan barəsində danışıb.
Ermənistanın Azərbaycan ərazisində təqribən 1.5 milyon mina
yerləşdirdiyi qeyd edərək, bu gün də mülki şəxslərin, o cümlədən
qadın və uşaqların bu mina terrorunun qurbanı olmaqda davam
etdiyini vurğulayıb.
A.Abbasov həmçinin, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana çağırış etdi.
