Bakı. Trend:
Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü təkcə sözdə deyil, əməldə də dəstəkləyib.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Qazaxıstan Ekspertlər Şursının üçüncü iclası çərçivəsində dəyirmi masada deyib.
"Dünən Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi açılıb. Bu həmin dəstəyi göstərən konkret layihədir", - o deyib.
Fərid Şəfiyev hər il ölkələr arasında yüksək səviyyədə sammitlərin keçirildiyini qeyd edib.
"Türk Dövlətləri Təşkilatı (TDT) böyük əhəmiyyət kəsb edib. Ölkələr energetika, nəqliyyat sahəsində layihələr üzərində işləyirlər. Həmçinin, ölkələr arasında əmtəə dövriyyəsi, Orta Dəhlizlə yük daşımaları artır", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
