...

Gələcəyə yeni üfüqlər açmaq lazımdır - Jelka Tsviyanoviç

Siyasət Materials 14 Mart 2024 17:27 (UTC +04:00)
Gələcəyə yeni üfüqlər açmaq lazımdır - Jelka Tsviyanoviç
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəyə yeni üfüqlər açmaq lazımdır.

Trend xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç XI Qlobal Bakı Forumunda deyib.

Onun sözlərinə görə, irqçilik, Ukrayna və Rusiyadakı münaqişələr kimi bəzi hadisələr, eləcə də, yeni geosiyasi şərait real siyasətin qayıdışından xəbər verir.

Bu, digər aktual məsələyə gətirir ki, bu da hazırkı vəziyyətdə real siyasətin hansı şəraitdə olduğunu anlamaqdan ibarətdir.

Beynəlxalq münasibətlər göstərir ki, öz bacarıqlarımızı genişləndirməli və gələcəyə yeni üfüqlər açmalıyıq. Biz səylərimizi birləşdirməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti