...

Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb - Hakan Fidan

Siyasət Materials 15 Mart 2024 11:36 (UTC +04:00)
Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb - Hakan Fidan
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb.

Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb. Regionda sülhün təmin edilməsi bütün ölkələr üçün xeyirlidir. 2020-ci ilin noyabrından sonra bunun üçün tarixi imkan yaranıb”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi tək regionumuz üçün deyil, həm də qlobal təhlükəsizlik baxımından çox önəmlidir.

“Digər region ölkələrinin də “qazan-qazan” prinsipi əsasında regional və qlobal anlamda önəmli olan Zəngəzur dəhlizi kimi layihələrə dəstək verməsi önəmlidir”, - deyə Hakan Fidan bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti görüşün keçiriləcəyi yer müəyyən edilib və Bakı bəyannaməsini qəbul edilib.

Xəbər lenti

Xəbər lenti