...

Paşinyan öz əhalisini qorxudur - Zaxarova

Siyasət Materials 20 Mart 2024 15:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Öz əhalisini qorxutmaq çətin ki, Ermənistana uyğun nəticə əldə etməyin ən yaxşı yolu olsun.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

"Bu məsələləri sakit və konstruktiv manerada həll etmək lazımdır. Bunun üçün mexanizmlər mövcuddur - Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiya var. Biz bu işə kömək etməyə hazırıq", - o deyib.

Zaxarova əlavə edib ki, Rusiyanın heç bir şəkildə Ermənistan rəhbərliyinin səsləndirdiyi qərarlarla heç bir əlaqəsi yoxdur.

"Bu məsələ ilə bağlı bizimlə heç bir məsləhətləşmə aparılmayıb. Heç bir təmas olmayıb", - o qeyd edib.

Qeyd edək ki, Paşinyan bu yaxınlarda əgər ölkəsi Azərbaycanla sərhəddin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməsə, “həftənin sonunda müharibə olacaq” demişdi.

"Amma bu o demək deyil ki, həftənin sonunda müharibə olacaq. Və bu müharibənin sonunda nə olacağını bilirəm", - o deyib.

Paşinyanın sözlərinə görə, “Ermənistan Azərbaycanla müharibəyə imkan verməməlidir”, ona görə də “sərhəddi tənzimləmək” lazımdır. Ermənistan baş nazirinin fikrincə, iki ölkə arasında sərhəddin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün “real imkan var”.

Xatırladaq ki, martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıblar və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıblar. Ermənistan və Azərbaycan Respublikası, həmçinin delimitasiya işlərinin aparılması qaydası ilə bağlı müvafiq göstərişlər layihəsi müzakirə edilib.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti