...

Ermənistan Cənubi Qafqazı geosiyasi qarşıdurmaların yeni episentrinə çevirməyə çalışır - ŞƏRH

Siyasət Materials 22 Mart 2024 15:43 (UTC +04:00)
Ermənistan Cənubi Qafqazı geosiyasi qarşıdurmaların yeni episentrinə çevirməyə çalışır - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son 4 il ərzində regionda cərəyan edən proseslərdən nəticə çıxarmayan Ermənistan yenə də ənənəvi təhrikçilərinin diqtəsi altında hərəkət edərək, öz ərazisini bölgədənkənar güclərin plasdarmına, Cənubi Qafqazı geosiyasi qarşıdurmaların yeni episentrinə çevirməyə çalışır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, baş nazir Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə, eləcə də Fransa rəsmiləri ilə keçirdiyi görüşlər çərçivəsində səsləndirilən əsassız mülahizə və iddialar, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, iki ölkə arasındakı sülh prosesinin stimullaşdırılmasına xidmət etmir.

"Bölgədənkənar güclərin iştirakı ilə “Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması” ilə bağlı müzakirələr isə, bölgənin uzunmüddətli qarşıdurmalara sürüklənməsi üçün hazırlanan “xaos”, yaxud “böhran planı”ndan başqa bir şey deyil. Rəsmi Bakının iştirakı və razılığı olmadan Azərbaycan-Ermənistan münasibətləri, bütövlükdə isə Cənubi Qafqazla bağlı hansısa baxış bucağının, “yol xəritəsi”nin müəyyənləşdirilməsinə cəhd göstərilməsi heç bir halda Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addım kimi qiymətləndirilməlidir. Sülh prosesi və normallaşma, kommunikasiyaların açılması və digər bu kimi mühüm məsələlərin regiondankənar mərkəzlərin iştirakı ilə və həm də birtərəfli qaydada həllinə nail olmaq mümkün deyil", - siyasi şərhçi deyib.

E.Mirzəbəyli vurğulayıb ki,“Ermənistana təhlükəsizlik zəmanəti” adı altında aparılan müzakirələrin hədəfi Qərbin regiona genioşmiqyaslı hərbi müdaxiləsi üçün bəhanələrin yaradılmasına xidmət edir.

"Əslində bu proses Avropa İttifaqı missiyasının Ermənistana gətirilməsi ilə başlayıb. Sözügedən missiyanın sıralarının davamlı şəkildə, həm də hərbçilərin, xüsusi xidmət orqanları təmsilçilərinin, mühəndis-istehkam qurğuları üzrə mütəxəssislərin, hərbi analitiklərin hesabına genişləndirilməsi də bunu sübuta yetirir. Məqsəd Rusiyanı Ukraynadan sonra Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırılıb çıxarmaq, Qərbi və Mərkəzi Asiyada yeni münaqişə ocaqları yaratmaqla mövcud təhlükəsizlik mexanizmlərini tamamilə məhv etməkdən ibarətdir. Qərb “süni böhranlar yaratmaq və daha sonra bu böhranların idarə edilməsi üçün bölgədə hərbi-siyasi iştiraklarını təmin etmək” kimi ənənəvi geosiyasi texnologiyasını Cənubi Qafqazda da, həm də bölgə dövlətləri üçün baş ağrısına çevrilən Ermənistan vasitəilə işə salmaq istəyir. Bunun sonu isə, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Qərbi və Mərkəzi Asiyanın uzunmüddətli müharibələrə sürüklənməsi ilə nəticələnə bilər", - o əlavə edib.

Politoloq bildirib ki, yaranmış vəziyyət, hələ Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyindən başladılan, 44 günlük müharibədən sonra “Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin təhlükəsizliyinə beynəlxalq təminat”, “humanitar böhran” kimi siyasi şoularla davam etdirilən, lokal antiterror tədbirlərindən sonra isə “Ermənistanın müdafiəyə ehtiyacı var” iddiaları ilə genişləndirilən hərbi-siyasi planın gerçəkləşdirilməsi istiqamətində son hazırlıqlara start verildiyini təsdiqləyir.

"Belə bir vəziyyətdə Rusiyanın, sadəcə xəbərdarlıq xarakterli bəyanatlarla kifayətlənməyəcəyi, önləyici tədbirlərin həyata keçirilməsi istiqamətində addımlar atacağı şübhəsizdir. Mövcud mənzərə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir, əks təqdirdə proseslər Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya sərhədlərinə sıçraya bilər və əslində hədəf də bundan ibarətdir", - deyə Mirzəbəyli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti