...

Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 26 Mart 2024 11:01 (UTC +04:00)
Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də ölkəmizin ev sahibliyi edəcəyi COP29 çərçivəsində genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Banqladeş xalqına əmin-amanlıq və rifah diləyirəm"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti