...

Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram - BAM veteranı

Siyasət Materials 23 Aprel 2024 11:15 (UTC +04:00)
Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram - BAM veteranı
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Moskva. Trend:

Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram.

Trend xəbər verir ki, bu barədə Baykal-Amur Magistralının (BAM) veteranı Axit Qişlakayev Kremldə jurnalistlərə deyib.

"1974-cü ildə biz BAM-a gələndə bizimlə bir vaqonda həmvətənlərimiz, XVII komsomol qurultayı adına Azərbaycan dəstəsi də gedirdi. Biz o zamanlar çox mehriban yaşayırdıq. Heydər Əliyev BAM işçilərinin problemlərinə həmişə böyük diqqətlə yanaşırdı. Buna görə ona böyük minnətdarlıqla yanaşıram", - deyə veteran bildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir. Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralın tikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaq qərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüş nöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti