...

Milli Məclisdə ABŞ-dən gələn nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 23 May 2024 17:59 (UTC +04:00)
Milli Məclisdə ABŞ-dən gələn nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ-ın Men ştatında fəaliyyət göstərən Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumatına görə, qonaqları səmimi salamlayan Səməd Seyidov Azərbaycan-ABŞ münasibətləri barədə danışıb, ikitərəfli gündəliyin müxtəlif aspektləri barədə fikirlərini səsləndirib.

Görüşdə dünyada cərəyan edən proseslər fonunda regionda yaranmış yeni reallıqlar barədə məlumat verilib, qeyd olunub ki, münaqişə sona yetdikdən sonra Azərbaycan sülhə sadiqliyini nümayiş etdirib. Bildirilib ki, bu gün sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin bu ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesindən danışılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov, rəhbərlik etdiyi Cəmiyyətin Men ştatındakı fəaliyyəti barədə ətraflı məlumat verib. Səfərin məqsədləri, keçirilən görüşlər barədə danışan qonaq, bu səfərin Azərbaycan həqiqətlərinin çatdırılması baxımından mühüm əhəmiyyətini qeyd edib.

Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Sevil Mikayılova, Erkin Qədirli, Tural Gəncəliyev, Məzahir Əfəndiyev, Men ştatı Senatının üzvü Cil Dyuson, Men Nümayəndələr Palatasının üzvləri Deqa Dalak və Mana Abdi, hakim Pol Aranson, Böyük Portlend İmmiqrant Qarşılama Mərkəzinin İcraçı direktoru Rza Cəlali, “Gateway Community Services” Miqrantlarla iş üzrə qeyri-kommersiya təşkilatının icraçı direktoru Abdulla Əli, “Chance to Advance” Miqrantlarla İş üzrə qeyri-kommersiya təşkilatının rəhbəri Exlas Əhməd Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivlərinə dair fikirlərini səsləndiriblər, qarşılıqlı görüşlərin, müntəzəm təmasların əhəmiyyətini qeyd ediblər.

Çıxış edən qonaqlar Azərbaycana səfərləri çərçivəsində Şuşa və Laçın şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratları ilə bölüşüblər. Münaqişədən sonra Azərbaycan hökumətinin regionda apardığı irimiqyaslı yenidənqurma işlərindən, 30 ildən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından məmnunluq ifadə olunub. Səfərin Azərbaycan həqiqətləri barədə məlumat almaq baxımından əhəmiyyətli olduğu qeyd olunub.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti