...

Minalar ətraf mühitə böyük zərər yetirir - Samir Poladov

Siyasət Materials 30 May 2024 13:45 (UTC +04:00)
Minalar ətraf mühitə böyük zərər yetirir - Samir Poladov
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Zəngilan. Trend:

Qarabağda 1,5 milyona yaxın yerüstü minanın zərərsizləşdirilməsi 12600 ton karbon tullantısı ilə nəticələnə bilər.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də zərər yetirdiyini vurğulayır.

S.Poladov qeyd edib ki, Azərbaycan minatəmizləmə problemlərinin həlli üçün, əvvəlki kimi, beynəlxalq birlik və donorlarda iştirak etməlidir.

"Ümid edirik ki, bu maliyyə dəstəyi yaxın illərdə artacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti