...

Fransanın apardığı müstəmləkəçilik siyasətinə görə biz təcrid olunmuşuq - Baş katib

Siyasət Materials 30 May 2024 15:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Fransanın apardığı müstəmləkəçilik siyasətinə görə biz təcrid olunmuşuq.

Trend-in məlumatına görə, bunu “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.

O, yaradılan şəraitə görə Azərbaycana təşəkkür edib. “İstərdim ki, Azərbaycana təşəkkür edək. Biz artıq bütün prosedurları keçmişik. Biz artıq BMT-nın başlatdığı prosesin sonuna çatmışıq. Bu gün bizim sizin köməyinizə ehtiyacımız var. Bu gün biz Fransanın istəyinə görə təcrid olunmuşuq. Ona görə ki, Fransa bizim ərazilərimizdə nüvə sınaqlarının davam etdirmək istəyir. Ona görə ki, biz Fransanın müstəmləkəçilik siyasətinə görə təcrid olunmuşuq
Biz bu gün sizdən kömək üçün gəlmişik.

Biz inanırıq siz bizim səsimizi beynəlxalq ictimaiyyətə çatdıracaqsınız, bizə köməklik göstərəcəksiniz. Biz minilliklər boyu mövcud olan xalqıq, lakin siyasi baxımdan biz gəncik. Biz istəyirik ki, nəhayət haqq-ədalət öz yerini tapsın”, - deyə o əlavə edib.

Qeyd edək ki, Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfərə gəlib.

Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti