...

Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir - Hikmət Hacıyev

Siyasət Materials 21 İyun 2024 12:47 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir - Hikmət Hacıyev
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Rusiya arasında münasibətlər bu gün ən yüksək səviyyədədir və buna 2022-ci ilin fevralında imzalanmış Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə kömək edir.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclasında deyib.

"Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət onların inkişafına kömək edib", - o deyib

Hacıyevin sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə ikitərəfli əlaqələrlə yanaşı, regionlararası əməkdaşlıq da genişlənir.

"Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə əlaqələr saxlayır, Rusiyanın regionları ilə azərbaycanlı tərəfdaşlar arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur", - Hikmət Hacıyev vurğulayıb.

O qeyd edib ki, dünyada "nəqliyyat arteriya"larına təcili tələbat var.

"Azərbaycan Avrasiyanın müxtəlif nəqliyyat təşəbbüslərinin iştirakçısıdır. Belə ki, ITC (Beynəlxalq Nəqliyyat Dəhlizi) Şimal-Cənub xəttinin genişləndirilməsi istiqamətində işlər aparılır. Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə investisiya yatırmaqda davam edir və dəhlizin Azərbaycan hissəsinin imkanları genişləndirilir. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq", - Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və tibb universitetinin filialları fəaliyyət göstərdiyindən, 300-dən çox məktəbdə tədris rus dilində aparıldığı üçün təhsil məsələlərində də mütərəqqi əməkdaşlıq inkişaf edir.

O həmçinin vurğulayıb ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin uzun tarixi var və onların gələcək inkişafında ekspert şurasının rolu çox vacibdir.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti