...

Blinken və Berbok Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə ediblər

Siyasət Materials 11 İyul 2024 09:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib.

Trend-in Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar.

Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti