...

Azərbaycan seçkilərlə bağlı beynəlxalq müşahidəçilərlə səmərəli əməkdaşlıq edir - Məzahir Pənahov

Siyasət Materials 9 Avqust 2024 10:23 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan seçkilərlə bağlı beynəlxalq müşahidəçilərlə səmərəli əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, müşahidəçilərin seçkiləri müşahidə etməsi üçün bütün lazımi şərait yaradılıb.

MSK sədri bildirib ki, ATƏT DTİHB avqustun 1-dən fəaliyyətə başlayıb: “Onlar öz nümayəndələrini seçki dairələrinə yerləşdirirlər və seçkiyə hazırlığı müşahidə edirlər. Bu gün Seçki Mərkəzi də onların üzünə açıqdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti