...

Ermənistanın sürətli silahlanması sülh gündəliyinə təhdiddir - XİN rəhbəri (FOTO) (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 28 Sentyabr 2024 08:13 (UTC +04:00)
Ermənistanın sürətli silahlanması sülh gündəliyinə təhdiddir - XİN rəhbəri (FOTO) (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildiriblər ki, görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Qarşı tərəf həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan Konstitusiyası və qanunverici sənədlərində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinə hədə törədən təhdidlər olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

01:21

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov, BMT-nin 79-cu iclası çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri Annalena Berbok ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəmdə olan mövcud istiqamətlər və gələcək perspektivlər, Azərbaycanın COP29-a sədrliyi, münaqişədən sonrakı sülh səyləri və qarşıda duran çağırışlar geniş müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti