Bakı. Trend:
Şuşada qəhrəman, qorxmaz şəhidlərin ayaqları dəydiyi torpağı qayalıqları öpmək mənim arzumdur.
Trend-in məlumatına görə, bunu Şuşa sakini Rahilə Əsədova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir həftədir Şuşaya qayıdacağının sevincinə görə yata bilmir.
"Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şuşada yaşadığım ev dağılıb, məhz oranı ziyarət edəcəyəm. Xəstə olsam da, Şuşaya qayıtmaq məni ruhlandırıb. Sevincimin həddi-hüdudu yoxdur", - deyə o, bildirib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.