Moskva. Trend:
Rusiyanın Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası çərçivəsində bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
Trend xəbər verir ki, sənədin imzalanmasından sonra Rusiya prezidenti Vladimir Putin iclası qapalı elan edib.
Xatırladaq ki, oktyabrın 7-də Moskvada MDB ölkələrinin xarici işlər nazirləri şurasının növbəti iclası baş tutub. Oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə iclasları keçirilib.
İclasdan sonra Tacikistan 2025-ci ildə MDB-nin sədri elan edilib.