Bakı. Trend:
Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qvineya Bisau ölkəmizin çoxsaylı təşəbbüslərinə hər zaman dəstək verib.
Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike De Xesus Pinto Pereira ilə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, bu bizim əməkdaşlığımızı daha da genişləndirib.
"Azərbaycanın ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələr üçün təhsil imkanının yaradılması məsələsi, həmçinin, Qvineya-Bisaudan olan tələbələrə təhsil təqaüdünün ayrılması məsələsi də müzakirə edildi. Qoşulmama Hərəkatına sədrlik çərçivəsində Azərbaycanın Afrika ölkələri ilə əlaqələri daha da genişlənib. COP29 çərçivəsində Qvineya-Bisau prezidentinin Azərbaycana səfər etməsi iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının inkişafına töhfə verib", - o əlavə edib.