Bakı.Trend:
Üçüncü ölkələr müdaxilə etmədikcə Azərbaycanla Ermənistan arasında bu sülh təmin edilə bilər.
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan birlikdə çalışanda sülhün yolunu tapa bilər.
“Qısa zamanda sülhün əldə edilməsinə ümid edirik”,- deyə TBMM rəsmisi qeyd edib.