...

Xarici İşlər Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)

Siyasət Materials 13 Dekabr 2024 07:00 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 12-si Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Trend xəbər verir ki, dekabrın 12-də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişafında əvəzsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi anılıb. Bu münasibətlə Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Eyni zamanda, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı önünə tər çiçəklər düzülüb.

Ziyarət zamanı Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm rol, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının və inkişafının təmin edilməsi istiqamətindəki misilsiz xidmətləri xatırlanıb. Heydər Əliyevin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Xəbər lenti

Xəbər lenti