...

Türkiyə parlamentində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək

Siyasət Materials 15 Fevral 2025 08:49 (UTC +04:00)
Türkiyə parlamentində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin (parlamentində) konfrans zalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata əsasən, anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti