...

Ukrayna parlamenti ABŞ prezidenti Donald Trampa müraciət edib

Siyasət Materials 4 Mart 2025 07:06 (UTC +04:00)
Ukrayna parlamenti ABŞ prezidenti Donald Trampa müraciət edib

Bakı. Trend:

Ukrayna Ali Radası ABŞ prezidenti Donald Trampa, Konqresə və Amerika xalqına rəsmi müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna parlamentinin saytında bildirilib.

Məlumata əsasən. Ukrayna parlamenti cəbhə xəttində vəziyyətin sabitləşməsinə kömək edən yardıma görə təşəkkür edib, həmçinin sülhməramlı səylərə görə Amerika prezidentinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, ABŞ-nin Ukraynanın strateji tərəfdaşı kimi verdiyi töhfə beynəlxalq müttəfiqlər arasında tarixinin ən çətin dövrlərində ölkəmizə dəstək verməkdə həlledici əhəmiyyətə malikdir.

"Ukrayna Ali Radası Ukrayna xalqı adından Prezident Donald Trampa, ABŞ Konqresinə və Amerika xalqına Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə güclü və ardıcıl dəstəyə, eləcə də cəbhə xəttində vəziyyətin sabitləşməsinə töhfə verən Ukraynaya təhlükəsizliklə bağlı yardım paketlərinə görə dərin minnətdarlığını bildirir", - deyə müraciətdə bildirilib.

Müraciətdə daha sonra deyilib ki, Ukrayna Amerika xalqının ABŞ-nin qlobal liderliyinin hərtərəfli bərpası istəyinə dərin hörmətlə yanaşır.

"Əminik ki, ölkəmizin təhlükəsizliyi və sabit inkişafı ABŞ-ın sarsılmaz dəstəyi ilə təmin edilir və milyonlarla ukraynalıya ilham verən Amerikanın tarixi uğurunun əsasını təşkil edən dəyərləri əks etdirir", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti