...

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı AÇIQLANIB

Siyasət Materials 4 Mart 2025 22:30 (UTC +04:00)
Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı AÇIQLANIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ruben Vardanyanın məhkəməsinin növbəti iclası martın 11-nə təyin edilib.

Trend xəbər verir ki, bu barədə bu gün keçirilən məhkəmə prosesinin baxış iclasında bildirilib.

Budəfəki iclasda təqsirləndirilən şəxs Ruben Vardanyana sərbəst ifadə verməsi yenidən təklif olunub. Ruben Vardanyan ifadə verməkdən imtina edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər. Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti