...

Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır - Səfir

Siyasət Materials 12 Mart 2025 16:12 (UTC +04:00)
Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır.

Trend xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliya Dizaynı gününə həsr olunmuş və dayanıqlı inkişaf məsələlərinə dair konfransda jurnalistlərə bildirib.

“İtaliya və Azərbaycanı sıx əlaqələr bağlayır, ələlxüsus da enerji sektorunda. Azərbaycan neft və qazın İtaliyaya mühüm tədarükçülərindəndir. Buna rəğmən, mən sevinc hissi ilə bildirirəm ki, başqa sahələrdə də yeni imkanlar açılır”, - deyə səfir bildirib.

Səfirin sözlərinə görə, iki ölkə arasında olan münasibətlər bütün səviyyələrdə möhkəmlənməyə davam edir.

"Siyasi müstəvidə yüksək səviyyəli təmasların və səfərlərin mütəmadi mübadiləsi müşahidə olunur.

İqtisadiyyatın bütün sahələrində münasibətlərimizin daha da dərinləşməsinə istək və maraq var. Həmçinin, onu da qeyd etməliyəm ki, İtaliya və Azərbaycan arasında mədəniyyət və iqtisadiyyat sferalarında əməkdaşlıq hər zaman möhkəm olub. Bu möhkəm və daima dərinləşən münasibətlər qarşılıqlı əlaqələrin həm də iqtisadi səviyyədə genişlənməsinə vəsilə olur”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti