...

Qadınlar gender, təhlükəsizlik və iqlimlə bağlı problemlərin həllində mühüm rol oynayırlar - Vayra Vike-Freyberqa

Siyasət Materials 15 Mart 2025 13:20 (UTC +04:00)
Qadınlar gender, təhlükəsizlik və iqlimlə bağlı problemlərin həllində mühüm rol oynayırlar - Vayra Vike-Freyberqa
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Qadınlar gender, təhlükəsizlik və iqlimlə bağlı problemlərin həllində mühüm rol oynayırlar.

Trend xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın prezidenti olmuş Vayra Vike-Freyberqa XII Bakı Qlobal Forumu çərçivəsində Bakıda keçirilən “Gender – təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.

“Qadınlar onlara əxlaqi dəyərləri və məsuliyyətliliyi ötürməklə gələcək nəsillərin formalaşdırılmasında həlledici rol oynayır”, - deyə o bildirib.

Onun sözlərinə görə, dünyada baş verən istənilən dəyişikliklər qadınlara ta toxunur, belə ki, qadınlar dünya əhalisinin yarasını təşkil edir. İqlim dəyişikliyi probleminə gəldikdə, o bildirib ki, qadınlar risk qrupuna daxildirlər və iqlim dəyişikliyinin böyük təsirlərinə məruz qalırlar.

“Bu məsələnin həllində vacib addım xüsusilə iqlim dəyişikliklərinə daha həssas olan üç regionda iqlim dəyişikliklərinin qadınlra təsirinin minimallaşdırılması üzrə riskləri daha dəqiq şəkildə dəyərləndirməyə və müvafiq strategiya hazırlamağa kömək edəcək məlumatların toplanması və təhlilidir”,- deyə V.Vike-Freyberqa əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti