...

Cənubi Qafqazda sülh – bu inkişafın ən etibarlı və ən sürətli yoludur – Urxan Ələkbərov “Tofiq Abbasovla Dialoq” verlişində (FOTO/VİDEO)

Siyasət Materials 17 Mart 2025 13:06 (UTC +04:00)
Cənubi Qafqazda sülh – bu inkişafın ən etibarlı və ən sürətli yoludur – Urxan Ələkbərov “Tofiq Abbasovla Dialoq” verlişində (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" ekspert platformasında “Tofiq Abbasovla Dialoq” analitik videolayihəsinin növbəti buraxılışı efirə çıxıb.

Trend xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov olub.

Söhbətin gedişində Azərbaycanın inkişafı ilə bağlı bir sıra vacib məsələlər, o cümlədən, onun enerji keçidində əldə etdiyi nailiyyətlər, iqtisadi artımı və Cənubi Qafqazda geosiyasi vəziyyət müzakirə olunub.

Müsahibənin əsas məqamlarından biri Azərbaycanın enerji keçidinin göstəricilərin müzakirəsi olub. Urxan Ələkbərov qeyd edib ki, dövlət ölkənin ekoloji baxımdan daha təmiz enerji mənbələrinə keçidində mühüm uğurlara imza atıb. Dünya İqtisadi Forumunda dərc olunan reytinq cədvəlinə əsasən, Azərbaycan 120 ölkə arasında 32-ci yerdə qərarlaşaraq, İtaliya, Belçika, Çexiya və Slovakiya kimi inkişaf etmiş dövlətləri üstələyib.

Başlıca olaraq enerjidən istifadənin effektivliyinə diqqət ayrılıb. Azərbaycan 1000 dollar ÜDM-ə kifayət qədər yüksək göstərici ilə 2,62 əmsala nail olub (alıcılıq qabiliyyətinin pariteti əsasında) ki, bu da enerji sektorunun liderləri sayılan Norveçin (0,7), İsveçrənin (1,32) müvafiq göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir.

Ələkbəri bu uğurun enerji resurslarının səriştəli şəkildə idarə olunması, infrastrukuturun müasirləşdirilməsinə yüksək investisiyaların qoyulması və enerji mənbələrinin şaxələndirilməsi ilə şərtləndiyini izah edib.

Akademik, eyni zamanda, Azərbaycanın müdafiə xərclərinin artımını şərh edib. Onun sözlərinə görə, bu Ermənistandan daimi təhdidlərin gəlməsi şəraitində məcburi bir ölçüdür. Urxan Ələkbərov işğal illərində Ermənistan təcavüzünün dağıdıcı fəsadlarını yada salıb və işğaldan azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli səylərə və investisiyalara ehtiyac olduğunu qeyd edib.

Bundan əlavə, Urxan Ələkbərov ağıl və sağlam düşüncənin son nəticədə qalib gələcəyinə əminliyini ifadə edib:

"Mən "ağıl mütləq qalib gələcək" ideyasının tərəfdarıyam. Və ağıl deyir ki, regionumuzda sülh inkişafa aparan ən etibarlı və sürətli yoldur. İndi ən müasir inkişaf göstəricilərindən biri 12 parametr əsasında qiymətləndirilən inklüziv inkişaf indeksidir. Bu, ilk dəfə 2018-ci ildə elan edilən nisbətən yeni göstəricidir. Azərbaycan iqtisadi imkanlara görə dünyada 25-ci yerdədir", - o bildirib.

Daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

Xəbər lenti

Xəbər lenti