...

Qambiyanın vitse-prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Siyasət Materials 11 Aprel 2025 17:27 (UTC +04:00)
Qambiyanın vitse-prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qambiya Respublikasının vitse-prezidenti Məhəmməd Yallou Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Ramazan bayramı münasibətilə Sizə, ailənizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına rifah arzulayıram.

Bu bayramın İslam ümmətinə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və tərəqqi gətirəcəyinə ümid edirəm.

Uca Allahdan bütün dualarımızı qəbul etməsini diləyirəm.

Bayramınız mübarək!".

Xəbər lenti

Xəbər lenti