...

Bizim əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır - GlobE Network rəsmisi

Siyasət Materials 20 May 2025 10:10 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Aramızdakı əməkdaşlıq etimada əsaslanan əməkdaşlığa çevrilib.

Trend xəbər verir ki, bu barədə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində 6-cı Plenar İclasa və İdarəetmə Komitəsinin 10-cu Görüşündə GlobE Network rəhbər komitəsinin sədri Nasser Abaalkhail deyib.

O bildirib ki, korrupsiya sərhəd tanımır, bu bizim birgə əməkdaşlığımızı daha da gücləndirməlidir.

"Bizim əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır. Birgə getdiyimiz yol çox gözəl nəticə verdi. Qarşımızda aydın əməliyyat məqsədi var idi. Hərtərəfli əlaqələr quraq və yoldaşlığı davam etdirək. Gündəliyə nəzər salsaq görərik ki, orada günün reallığı əks olunub".

Sədr qeyd edib ki, texnologiya, vəsaitlərin qaytarılması və beynəlxalq hüquqi əməkdaşlıq seçim yox, mütləq olmalıdır.

"Bu zalda əyləşən hər kəs tərəfindən veriləcək töhfə böyükdür. Bizim ümumi məqsədimiz bacarıqları formalaşdırmaqdır. Üzvlər arasında hər bir fikir mübadiləsində potensial var. Biz bir-birimizə qlobal şəbəkənin daha güclü və effektiv şəbəkəyə çevrilməsinə nail olacağıq. Bu şəbəkə öz rəqəmlərinə yox, nəticələrinə əsaslanır. Mən rəhbər komitə adından öz sadiqliyimizi bir daha vurğulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti