...

Azərbaycan bir sıra beynəlxalq məsələlər üzrə vasitəçi kimi çıxış etməyə hazırdır - Yalçın Rəfiyev

Siyasət Materials 5 Fevral 2026 11:18 (UTC +04:00)
Azərbaycan bir sıra beynəlxalq məsələlər üzrə vasitəçi kimi çıxış etməyə hazırdır - Yalçın Rəfiyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bir sıra mühüm beynəlxalq məsələlər üzrə vasitəçi və dialoqun təşəbbüskarı kimi çıxış etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə çıxışında deyib.

“Biz artıq müxtəlif ölkələrin və siyasi qrupların nümayəndələrinin iştirak etdiyi görüşlərə ev sahibliyi etmişik. Bu görüşlərdə problemlər müzakirə olunub və mümkün həll yolları axtarılıb”, – deyə Yalçın Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdür, eyni zamanda Avropa sivilizasiyasının bir hissəsi olaraq İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfə verir, ardıcıl şəkildə qoşulmama siyasətini təşviq edir:

“Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın qlobal siyasətə və sabit beynəlxalq sistemin formalaşdırılmasına verdiyi töhvə mühüm və tələb olunandır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti