...

MÜSAVAT PARTİYASININ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ QARŞISINDA PİKETİ KEÇİRİLƏCƏK

Siyasət Materials 24 İyun 2005 16:20 (UTC +04:00)

Müsavat Partiyasının 7-ci qurultayının keçirilməsinə şərait yaradılması tələbi ilə partiya fəalları iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcəklər. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.
Piketin iyulun 2-də saat 12.00-da 50 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Aksiya ilə əlaqədar iyunun 24-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Piketdə paytaxt rəhbərliyindən Müsavatın 7-ci qurultayının keçirilməsi üçün onlara əlverişli yer ayrılması tələb olunacaq.
Qeyd edək ki, Müsavat Partiyası qurultayın Şəhriyar adına Sarayda keçirililməsini istəyirdi, lakin Bakı Şəhər İcra Hakimiyyəti Xətai adına Mədəniyyət Sarayını təklif edib. Partiya müvafiq yer ala bilmədiyindən qurultayın vaxtı qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti