...

AZƏRBAYCAN PREZİDENTİ MÜHARİBƏ VETERANLARININ SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ HAQQINDA FƏRMAN İMZALAYIB

Siyasət Materials 11 İyul 2005 16:16 (UTC +04:00)

İyulun 11-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Fərman imzalayıb.

Trend agentliyi bildirir ki, fərmanda kommunal və digər xidmətlərin ödənilməsi üçün həmin şəxslərə 55 min manat məbləğində müavinətin təyin edilməsi və bu məqsədlə ölkə prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında " 2001-ci il 26 dekabr tarixli Fərmanının 1-ci bəndinin 9-cu abzasının əvvəlinə "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə" sözlərinin əlavə edilməsi nəzərdə tutulur.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılıb ki, göstərilən tədbirlərin həyata keçirilməsinə aid olan məsələləri həll etsin.

Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti