...

SALYANDA ŞƏKƏR ZAVODUNUN İNŞASINA BAŞLANILIB

Siyasət Materials 26 İyul 2005 12:32 (UTC +04:00)

Salyanda şəkər zavodunun tikintisinə başlanılıb. Trend in bölgə müxbirinin xəbər verdiyi kimi, hazırda tikinti "Anar-93" kiçik müəssisəsi tərəfindən Bakı-Astara avtomobil magistralının yaxınlığındakı 4 ha sahədə həyata keçirilir və artıq suvaq işləri başa çatmaq üzrədir.

Üç mərhələdə aparılacaq tikinti-quraşdırma işlərinin birinci mərhələsində $230 min vəsait sərf olunacaq. Zavodda hər gün 7-10 ton şəkər tozu istehsal olunacaq, yerli şəkər çuğundurundan isə xammal kimi istifadə ediləcək.

Qeyd edək ki, Salyanda bir neçə kolxozda əvvəllər şəkər çuğunduru seyrək halda əkilirdi və xammal kimi Parsabata (İran) ixrac olunurdu. Bunun əvəzində isə 15% hesabı ilə hazır şəkər alınırdı. Qeyd etmək lazımdır ki, Muğanın iqlim şəraiti şəkər çuğundurunun seyrək halda əkilməsi üçün əlverişlidir.

Xəbər lenti

Xəbər lenti