"Azərbaycançı Qüvvələr" Seçki Blokunun parlament seçkisində iştirak edəcək namizədlərinin müəyyən olunması prosesi başa çatdırılıb.
Bu barədə Trend ə seçki blokundan məlumat verilib. Seçki Qərargahının rəhbəri Rövşən Əhmədli bildirib ki, ümumilikdə 61 seçki dairəsindən namizəd irəli sürəcəklər.
Bloka daxil olan partiyaların rəhbərlərinin seçki dairələrindən "Yeni Siyasət" və "Demokrat Azərbaycan" seçki blokları namizəd verməyib.
"Azərbaycançı Qüvvələr" seçki blokunda təmsil olunan İslam Partiyasının sədri Hacıağa Nuri 28 saylı Sabunçu 3-cü seçki dairəsindən, Vəhdət Partiyasının sədri Tahir Kərimli 87 saylı Ağsu dairəsindən, Birlik Partiyasının sədri Xudadat Xuduyev 24 saylı Nizami 1-ci, Xalq Dirçəliş Partiyasının sədri Azər Qasımzadə 18 saylı Nərimanov, blokun Seçki Qərargahının rəhbəri Rövşən Əhmədli isə 88 saylı Göyçay seçki dairəsindən namizədliklərini irəli sürüblər.
"Azərbaycançı Qüvvələr" Seçki Bloku digər siyasi partiya və seçki blokları ilə əməkdaşlıq edəcək. Artıq birinci mərhələdə bloka daxil olan partiyaların rəhbərlərinin seçki dairələrindən "Yeni Siyasət" və "Demokrat Azərbaycan" seçki blokları namizəd verməyiblər. "Azərbaycançı Qüvvələr"in "Azadlıq" bloku ilə isə namizədləri toqquşur.
Hacıağa Nurinin namizədliyini verdiyi dairədən Müsavat Partiyasının başqan müavini Rauf Arifoğlu, Xudadat Xudiyevin dairəsindən AXCP (islahatçılar) sədrinin müavini Nurəddin Məmmədli namizədliyini irəli sürüb.
Rövşən Əhmədli isə Göyçay seçki dairəsində Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevlə rəqabət aparacaq.