...

BAKIDA BMT-NİN YARDIMÇI KOMİSSİYASININ 40-CI SESSİYASI KEÇİRİLƏCƏK

Siyasət Materials 5 Avqust 2005 13:21 (UTC +04:00)

Sentyabrın 12-16-da Bakıda Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə BMT-nin Yardımçı Komissiyasının 40-cı sessiyası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Sessiyada BMT-yə üzv ölkələrin beynəlxalq cinayətkarlıqla qlobal mübarizə sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Hazırda ekspertlər tərəfindən sessiyanın gündəliyi hazırlanır. Sessiya çərçivəsində həmçinin beynəlxalq cinayətkarlıq, terrorçuluq, narkotik maddə və silahların qanunsuz dövriyyəsi ilə mübarizədə Azərbaycan və BMT arasında əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi perspektivləri də müzakirə mövzusu olacaq.

BMT sessiyada yüksək səviyyədə təmsil olunacaq. Sessiyada iştirak etmək üçün təşkilatın baş katibinin müavini Antonior Marie Kostun Bakıya səfəri gözlənilir. Bu barədə Azərbaycan DİN-dən xəbər verilib.

Xəbər lenti

Xəbər lenti