...

"SÜLHÜN KORPUSU"NUN 35 KÖNÜLLÜSÜ SUMQAYITDA ANDİÇMƏ MƏRASİMİNDƏN KEÇİB

Siyasət Materials 5 Avqust 2005 18:24 (UTC +04:00)
"SÜLHÜN KORPUSU"NUN 35 KÖNÜLLÜSÜ SUMQAYITDA ANDİÇMƏ MƏRASİMİNDƏN KEÇİB

Avqustun 5-də Sumqayıtın kimyaçılar sarayında "Sülhün korpusu" təşkilatı könüllülərinin üçüncü qrupu andiçmə mərasimindən keçib. Trend agentliyi bildirir ki, ingilis dili müəllimləri və cəmiyyətin iqtisadi inkişafı üzrə məsləhətçilərin qatıldığı 35 könüllüdən ibarət üçüncü qrupu növbəti iki ili Azərbaycanın regionlarında keçirəcək.

"Sülhün korpusu" təşkilatının Azərbaycan üzrə direktoru Zoltan Szigeti öz çıxışında bildirib ki, könüllülərin 22 nəfərdən ibarət ikinci qrupu respublikanın 16 regionunda işlədiyi zaman 24 nəfərdən ibarət birinci qrupu Azərbaycanın 12 regionunda artıq fəaliyyətini başa vurmuşdu.

"Biz ümid edirik ki, "Sülhün korpusu" təşkilatının fəaliyyəti iki ölkənin xalqlarına bir-birinin mədəniyyətini, ənənələrini öyrənmək imkanı verəcək, könüllülər Azərbaycan ailələrində yaşayacaq və Azərbaycan xalqının ənənələrini öyrənəcək"-deyə Szigeti qeyd edib. Azərbaycana gələn könüllülər cari ilin mayın 28-də üç aylıq Azərbaycan dili kurslarından keçiblər. "Sülhün korpusu" könüllülərinin proqramı bundan sonra da davam etdiriləcək.

Həmçinin qeyd olunub ki, Amerikanın "Sülhün korpusu" təşkilatı 2003-cü ildə Azərbaycan hökumətindən Azərbaycanda fəaliyyət üçün rəsmi dəvətnamə alıb.Qeyd edək ki, "Sülhün korpusu" təşkilatı 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılıb.Bu gün ABŞ-nın 170 mindən çox vətəndaşı dünyanın 140 dövl
ətində həmin təşkilatın proqramları çərçivəsində fəaliyyət göstərir.

Mərasimdə könüllülərə təşkilatın sertifikatları verilib.Mərasimdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş iştirak edib.

Xəbər lenti

Xəbər lenti