...

İLHAM ƏLİYEV ŞAİR BƏXTİYAR VAHABZADƏNİN YUBİLEYİ MÜNASİBƏTİLƏ TELEFONLA TƏBRİK EDİB

Siyasət Materials 16 Avqust 2005 20:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 16-da xalq şairi Bəxtiyar Vahabzadəyə telefonla zəng edərək onu 80 illik yubileyi münasibətilə təbrik edib.

Trend in məlumatına görə, dövlət başçısı müasir Azərbaycan poeziyasının inkişafında B.Vahabzadənin rolunu yüksək qiymətləndirib. İ.Əliyev Azərbaycan ədəbiyyatının daha da inkişafı naminə ona gələcək fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Öz növbəsində B.Vahabzadə təbrikə görə öz təşəkkürünü bildirib və dövlət başçısının ədəbiyyatın inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti