...

AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI KEÇİRİLƏN NÖVBƏTİ SORĞUNUN NƏTİCƏLƏRİ DƏRC OLUNUB

Siyasət Materials 30 Avqust 2005 15:21 (UTC +04:00)
AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTLƏ BAĞLI KEÇİRİLƏN NÖVBƏTİ SORĞUNUN  NƏTİCƏLƏRİ DƏRC OLUNUB

Bu gün "Rəy" Monitorinq Mərkəzi Azərbaycanın 34 ərazisində keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Bu barədə Trend agentliyi məlumat yayıb. "Rəy" Monitorinq Mərəkzinin rəhbəri sosioloq Rizvan Abasov bildirib ki, təmsil etdiyi mərkəz ölkə ərazisində sosial, iqtisadi və siyasi mövzularda tədqiqat aparmaqla məşğuldur.

Tədqiqat zamanı seçilmiş ünvanlar və adamlar təsadüfü riyazi əməliyyat nəticəsində müəyyən olunur. Mərkəzin tədqiqatları ölkə üçün əhəmiyətli siyasi, iqtisadi yeniliklərə əhalinin münasibətini öyrənmək məqsədi daşıyır.

Rizvan Abbasov bu sorğunun 2005-ci il avqustun 10-14-ü Bakı və həmçinin, respublikanın 33 yaşayış məntəqəsində 18 və daha yuxarı yaş həddində olan ( 27 %) 1444 respondent arasında birbaşa müsahibə yolu ilə həyata keçirildiyini bildirib.

Sorğuda 51,5 %qadın, 48,5% kişi iştirak edib.

Rəyi soruşulanların 19, 9 %-i 18-24 arası yaş qrupuna, 22, 9 % -i 25-34 yaş qrupuna, 25,4 % -i 35-44 yaş qrupuna, 15,7 % -i 45-54 yaş qrupuna, 7 %-i 55-64 yaş qrupuna və 9,1 % -i 65 yaş və yuxarı yaş qrupuna aiddilər.

Respondentlərin 43.2 % -i orta ümumtəhsilli, 39,3% -i ali təhsilli, 9,5 %-i orta ixtisas təhsilli, 7,7 %-i natamam ali və ibtidai təhsili, 0,3 %-i isə natamam orta təhsillidir.

Respondentlərin partiya mənsubiyyətinə gəlincə, alınan cavabları nəzərdən keçirəndə aşağıdakı mənzərə yaranır: rəyi soruşulanların 8, 7 %-i Yeni Azərbaycan partiyasının, 0,9 % i Müsavat, 0,6 %-i AMİP, 0,5% -i AXCP, 03%-i, "Azərbaycan Liberal partiyasının üzvləridir. Respondentlərin eyni miqdarı 0, 1 %-i "Ədalət", "Ana vətən" və ADP-nin sıralarındadır. Rəyi soruşulanların böyük əksəriyyətinin -88, 5%-nin partiya mənsubiyyəti yoxdur. Əhalinin siyasi fəallığı,seçki məsələləri və ölkənin iqtisadi vəziyyəti ilə bağlı düşündüklərini diqqətinizə çatdırırıq;

Əgər prezident seçkiləri bu gün keçirilsəydi Siz həmin seçkilərdə iştirak edəcəyinizə nə qədər əminsiniz? Sualının cavabında respondentlərin 64,7% - i seçkilərin bu gün keçiriləcəyi təqdirdə özlərinin seçkilərdə iştirak edəcəklərinə əmin olduqlarını bildiriblər, 17,6% ehtimal edirlər ki, iştirak edəcəklər, 9,5% əmindir ki, bu seçkilərdə iştirak etməyəcəklər. Respondentlərin 4%-nin çox güman edir ki, seçkilərdə iştirak etməyə imkanı olmayacaq, 4,2% isə cavab verməyə çətinlik çəkib.

2005-ci il parlament seçkilərində iştirak edəcəksinizmi? Sualının cavabında 48 % sorğu iştirakçısı mütləq səs vermədə iştirak edəcəklərini bildirib. 23, 3% respondent seçkilərdə qismən iştirak edəcəklərini güman edirlər, 18, 8% -i isə seçkilərə getməyəcəklərini bildirirlər, 5, 1% isə belə bir imkana malik olmayacaqlarını güman edirlər. Respondentlərin 4, 9 % -i cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sorğu zamanı müxtəlif texnoloqiyalardan istifadə edilib. Əvvəlcə heç bir ad çəkmədən bütün respondentlərə "Əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Siz kimə səs verərdiniz?"(adları respondent özü çəkir) sualı verilib. Cavablardan məlum olub ki, rəyi soruşulanların böyük əksəriyyəti -73, 4 % -i İlham Ələiyevin namizədliyini dəstəklədiklərini bildirib. Sonra isə çox böyük fərqlə geridə qalan İsa Qəmbərin namizədliyi gəlir- 5, 4 %. Daha sonra respondentlərin 2, 2 % -i qarşıdan gələn bazar günü Əli Kərimova, 1, 7 %, Lalə Hacıyevaya, 1, 5 %, Rəsul Quliyevə 1, 1 % -i isə Etibar Məmmədova səs verərdilər. Cüzi miqdarda səs toplayan namizədlər isə bunlardır- Sabir Rüstəmxanlı 0, 5 %, İlyas İsmayılov və Ayaz Mütəllibov hərəsi 0. 3 % . Eldar Namazov, Mirmahmud Fəttahov, Fərhad Əliəyev, Arif Hacıyev, Cəmil Həsənli və Mehriban Əliyeva - hərəsi 0, 1 % . Resspondentlərin 6, 9 % -i heç kimə səs verməyəcəklərini, 6, 4 %-i isə hər hansı bir namizədi seçməkdə çətinlik çəkdiklərini bildiriblər.

Əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, siz kimə səs verərdiniz? (prezident seçkiləridə iştirak edəcəklərini bildirən respondentlərin cavabları)

Bu suala cavab verərkən rəyi soruşulanların böyük əksəriyyəti- 77, 4 % əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi İlham Əliyevə səs verəcəklərini bildiriblər. Daha sonra çox böyük fərqlə geridə qalan İsa Qəmbər gəlir- 7, 1%. Respondentlərin 2, 4 %-i Əli Kərimovu, 1,9 %-i Lalə Hacıyevanı, 1, 5 % -i Rəsul Quliyevi, 1,1% -i isə Etibar Məmmədovu, 0, 5%,Sabir Rüstəmxanlını, 0, 3 %, Ayaz Mütəllibovu dəstəkləyir. Mirmahmud Fəttayev və Fərhad Əliyev hərəsi 0,2 %, səs toplayıblar. Arif Hacıyev və Cəmil Həsənli isə hərəsi 0,1% səslə azlıq təşkil edirlər. Rəyi soruşulanların 1, 8 %-i heç kəsə səs verməycəklərini bildiriblər. Hər hansı bir namizədi dəstəkləməkdə çətinlik çəkənlər isə respondentlərin 5, 4 % -ni təşkil edir.

Respondentlərə ünvanlanmış "Sizin dəstəklədiyiniz namizəd prezident seçkilərində iştirak etməyəcəyi təqdirdə kimə səs verərdiniz?" (adları respondent özü çəkir ) sualının cavabları analiz edərkən məlum olur ki, 9, 8 % respondent dəstəklədikləri namizəd prezident seçkilərində iştirak etməsə Lalə Hacıyevaya səs verərdi. Rəyi soruşulanların 3, 9 %-i bu halda Rəsul Quliyev, hərəsi 3, 8 % olmaqla İsa Qəmbər və Fərhad Əliyevi, 3, 5 % -i İlham Əliyevi, 2, 9 %-i Əli Kərimovu, 2, 7 % Sabir Rüstəmxanlını, 2,1 % Etibar Məmmədovu, hərəsi 1, 7 % olmaqla Eldar Namazov, Mirmahmud Fəttahov və Mehriban Əliyevayanı dəstəkləyəcklərini bildiriblər.

Ayaz Mütəllibov, -1,5 % İlyas İsmayılov 1 %, Ramiz Mehdiyev 0 ,7 %, Murutz Ələsgərov 0, 5 %, Ramil Usubov, Fəzail Ağamalı, Flora Kərimova, Nizami Süleymanov, Zahid Oruc, Pənah Hüseynov və Cəmil Həsənli isə hərəyə 0,1 % respondentin səsini toplayıblar. Respondentlərin demək olar ki, yarısı - 49, 1bu halda % heç kəsə səs verməzdi. 8, 9 % isə seçimdə çətinlik çəkdi.

Kimə prezidentliyə namizəd kimi Siz heç bir halda səs verməzdiniz? (adları respondent özü çəkir ) sualına rəyi soruşulanların 6,5%-i heç bir halda Əli Kərimliyə səs verməyəcəklərinin bildirib. 6 % Murtuz Ələsgərova, 5, 5 % isə İsa Qəmbərə səs verməzdilər. 3 % Pənah Hüseynova, 2,7 % Ramiz Mehdiyevə, 2, 5 % Əli Nağıyeva, 2, 2 % İlham Əliyevə, 1, 8 % Etibar Məmmədova, 1, 5 % Rəsul Quliyevə, 1,2 % Ayaz Mütəllibova, 0, 5 % isə Lalə Hacıyevaya istənilən halda səs verməyəcəklərini bildiriblər. Ramil Usubov və Sabir Rüstəmxanlı hərəsi -0, 4 % səslə respondentlərin heç bir halda dəstəkləməycəyi namiədlər sırasındadırlar. İlyas İsmayılov, Fərhad Əliyev, Eldar Namazov və Nizami Süleymanov isə hərəsi 0,1 faiz göstəricisi ilə bu siyahıda yer tuturlar. Respondentlərin 8, 2 % -i namizədlərdən heç kimə səs verməyəcək, böyük əksəriyyət isə -57, 2 % cavab tapmaqda çətinlik çəkib.

Əgər parlament seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi rəyi soruşulanların böyük əksəriyyəti -41 % Yeni Azəbaycan partiyası nümayəndələrinə səs verəcəyinin qeyd edib.. Toplanmış səslərin miqdarına görə, daha sonra müstəqil namizədlər gəlir- 8, 1 %, demək olar ki, iki dəfə az səs "Azadlıq" blokuna düşür- 4, 6 %. Daha sonra respondentləin- 3, 4 % -i "YES" blokunun namizədinə səs verərdi. 0, 6 % ALP, -nın namizədlərini dəstəkləyir. Hərəsi 0, 5 % olmaqla digər partiyaların namizədlərini və "İctimai liderlər" blokunu seçiblər. 0,2 %- bu isə "Anna Vətən" partiyasınının göstəricisidir. səslərin yarısından bir qədər azı - 20, 9 % və 20, 2 %-i müvafiq olaraq heç bir partiyanı seçməyənlər və cavab tapmayanlar arasında müəyyənləşib.

Əgər parlament seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi hansı partiyanın namizəədinə səs verərdiniz? (parlament seçkilərində iştirak edəcək respondentlərin cavabları) Sorğunun gedişində məlum oldu ki, qarşıdan gələn bazar günü parlament seçkiləri keçirilsəydi səslərin böyük əksəriyyətinin "YAP" yığardı-47 % respondent məhz bu partiyanı seçir. 4, 8 % müstəqil namizədlərə səs verərdi. 3, 2 % "Azadlıq" blokunun namizədinə, 2, 6 % "YES" blokuna, 0, 6 % ALP, 0, 3 % "İctimai liderlər" blokuna üstünlük verir. Respondentlərdən 2, 9 % -i isə digər partiyaların nümayədələrini seçirlər. 26, 2 % heç bir partiyaya səs verməyəilərdir, 12, 4 % isə bu sualın cavabını bilməirlər.

Siz parlament seçkilərində hansı mövqeyi tutan namizədə səs verərdiniz? (%)

Respondentlərin əksəriyyəti - 42, 9 %-i özünün əsas vəzifəsi kimi seçildiyi dairədə həyat səviyyəsinin yüksəldilməsini qarşısına məqsəd qoyan namizədə səs verməyə hazır olduğunu bildirib. Neftdən gələn gəlirlərin bir qisminin ictimai layihələrə, eləcə də kommunal problemlərin (kanalizasiya, enerji, qaz, su təchizatı) həllinə yönəldilməsini vacib sayan namizədə respondentlərin 30,7 %-i səs verməyə hazır olduğunu qeyd edib. Prezidentin siyasətini dəstəkləyən namizədə 13,9% respondent səs verməyə hazırdır. Respondentlərin 11 %-i daha çox yerli xarakterli problemlərin həllinə çalışacağını vəd edən namizədə, 7,6 %-i isə səhiyyə və təhsil sahəsindəki korrupsiya ilə mübarizə aparmağı vəd edən namizədə etibar edir. Müəllimlərin həyat səviyyəsinin və ümumilikdə təhsilin yaxşılaşdırılmasına səy göstərməyi vəd edən namizədə respondentlərin 5, 8 %-i, tibbi xidməti yaxşılaşdırmağı vəd edən namizədə isə 5, 3 % respondent səs verməyə hazırdır. Yeni iş yerlərinin açılmasına çalışan namizədə - 4,3%, Dağlıq Qarabağ problemin
i həll etməyə çalışan namizədə 3,6%, qanunun aliliyini təmin etməyi vəd edən namizədə 2,1%, prezidentə müxalifətdə dayanan namizədə isə 1,9% respondent etimad göstərməyə hazırdır. Gəncləri dəstəkləyən namizədə 0,6% respondent səs verməyə hazırdır. digər keyfiyyətlərinə görə namizədə üstünlük verən respondentlər isə 0,3%-dir.

Siz demokratik seçki şəraitində müxalifətin parlament seçkilərində şansını necə qiymətləndirirsiniz? (%)

Respondentlərin cavablarından aydın olur ki, 35,4% demokratik seçki şəraitində müxalifətin parlament seçkilərindəki şansını aşağı, 17,4% çox aşağı, 12,9% yüksək, 2,9% çox yüksək dəyərləndirir, 31,4% respondent isə cavab verməkdə çətinlik çəkib.

Hansı güc mərkəzini Azərbaycanın yaxın tərəfdaşı kimi görmək istərdiniz?

Belə məlum olur ki, respondentlərin əksəriyyəti -37, 4 % -i adı çəkilən bütün güc mərkəzlərini azərbaycanın yaxın tərəfdaşı kimi örmək istəyirlər. 23, 5 % Türkiyəyə, 20, 2 % ABŞ və Avropaya, 18, 1 Rusyiaya və yalnız 0, 8 % İrana üstünlük verirlər.

Siz, Azərbaycanda ABŞ-ın və ya başqa dövlətlərin hərbi bazalarının yaradılması ideyasını dəstəkləyirsinizmi?

Bu suaa cavab axtararkən məlum oldu ki, respondentlərin 54, 3 % -i azərbaycanda ABŞ-ın və ya başqa dövlətin hərbi bazasının yaradılmasının əlehinədirlər, 20, 6 % bu ideyanın reallaşmasını qəbul edir, 25, 1 % isə suala cavab verməkdə çətinlik çəkir.

Siz Azərbaycanın ABŞ ilə İran arasındakı münaqişədə iştirak etməsinə necə münasibət göstərərdiniz?

Gördüyümüz kimi, respondentlərin böyük əksəriyyəti- 58%-i Azərbaycanın ABŞ ilə İran arasındakı münaqişədə iştirak etməsinə mənfi münasibət göstərəcəklərini bildiriblər. 11, 1 % isə Azərbyacanın bu münaqişədə iştirakını dəstəkləyirlər. Rəyi soruşulanların 1/3 hissəsi- -30, 9 % cavab tapmaqda çətinlik çəkənlərdir.

"Yeni Fikir" gənclər təşkilatının sədri Ruslan Bəşirli ilə bağlı insidentdən xəbəriniz varmı?

Rəyi soruşulanların 79,4%-i "Yeni Fikir" gənclər təşkilatının sədri Ruslan bəşirli ilə bağlı insidendən xəbərdardılar, 20,6%-nin isə bu hadisəyə dair heç bir informasiyası yoxdur.

Sizin Gürcüstanda keçirdiyi danışıqlardan sonra "Yeni Fikir" təşkilatının sədri Ruslan Bəşirliyə qarşı münasibətiniz necə dəyişdi? (%)

Respondentlərin 62,5%-nin Ruslan Bəşirliyə münasibəti pis idi, onun Gürcüstanda keçirdiyi danışıqlardan sonra isə daha da pisləşdi, 15,2%-in isə münasibəti yaxşı idi, pisləşdi, 3,1,% respondentin münasibəti yaxşı idi, daha da yaxşılaşdı, 0,3%-in isə münasibəti pis idi, yaxşılaşdı. Respondentlərin 18,9% cavab verməkdə çətinlik çəkiblər.

Sizcə, Ruslan Bəşirli insidentində günah kimin üzərindədir? (%)

Respondentlərin 42,9% Ruslan Bəşirli insidentində günahın Ruslan Bəşirli, 18,5%-i Əli Kərimli, 13,2%-i isə müxalifət partiyalarının üzərinə düşdüyünü qeyd ediblər. Respondentlərin 10,1%-i bu hadisədə hökumətin, 6,9% xarici təşkilatların günahkar olduğunu qeyd ediblər. Respondentlərin 8,4%-i cavab verməkdə çətinlik çəkib.


Ruslan Bəşirli insidentindən sonra müxalifət partiyalarının xarici maliyyə dəstəyi ilə hakimiyyətə gəlmək istəyinə necə baxırsınız?

Ruslan Bəşirli ilə bağlı hadisədən sonra respondentlərin müxalifət partiyalarının xarici maliyyə dəstəyi ilə hakimiyyətə gəlmək istəyinə münasibəti belə dəyişib: 44.8%-in münasibəti pis idi daha da pisləşib, 8,8% münasibəti yaxşı idi. Ancaq, indii pisləşib, 4.4% in yaxşı münasibəti daha da yaxşılaşıyıb, 0,8%-in pis münasibəti isə əksinə yaxşılaşıb, 41,18% isə cavab verməkə çətinlik çəkdiyini bildirib.

Siz müxalifətin Ruslan Bəşirlinin müdafiə etmək üçün söylədiyi arqumentləri dəstəkləyirsinizmi?

39,8% respondent müxalifətin Ruslan bəşirlinin müdafiəsi üçün təqdim etdiyyi heç bir arqumenti qəbul etmir, 9,3% belə arqumentləri qismən dəstəkləmir, 3,6% isə əksinə arqumentlərə qismən müsbət münasibət bildirir, 2,8% təqdim olunan arqumentləri bütünlüklə dəstəkləyir, sorğuda iştirak edənlərin 44,5%-isə bu suala cavab verməkdə çətinlik çəkənlərdir.

Ruslan Bəşirli insidentindən sonra, cəmiyyətdə inqilabın həyata keçirilməsi ideyasına necə münasibət bəsləyirsiniz? rəyi soruşulanların əksəriyyəti- 35,4% və 31,8%-i Ruslan Bəşirli insidentindən sonra, cəmiyyətdə inqilabın həyata keçirilməsi ideyasına müvafiq olaraq çox pis və pis münasibət bəsləyirlər. 2,6 % buna nisbətən pis, 1% çox yaxşı baxır. 29,2% təqdim olunan suala cavab verməyə çətinlik çəkdiyini bildirib. Növbəti nəticələr ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Respondentlərə ünvanlanmış "Sizin fikrinizcə ümumilikdə ölkənin iqtisadi vəziyyətini necə qiymələndirmək olar?" sualının cavabında rəyi soruşulanların əksəriyyəti - 43, 6 % -i ölkənin iqtisadi vəziyyətini orta hesab edir. 26, 3 % -i yaxşı, 20, 9 % pis, 5,1 % -i çox pis və rəyi soruşulanlardan yalnız 4,1 % ölkənin iqtisadi vəziyyətini çox pis qiymətləndirir.

Ötən illə nisbətdə sizin ailənizin yaşayış səviyyəsi necə dəyişib? Respondenlərin əksəriyyəti hesab edir ki44,2 %-nin ailə vəziyyəti keçən ilə nisbətdə ümumiyyətlə dəyişməyib. Respondentlərin 24, 7 % -nin ailə vəziyyəti yaxşı istiqamətdə və demək olar ki, elə o qədərinin 24, 2 %-nin isə pis istiqamətdə dəyişib. 5,5 % ailəsiin yaşayış səviyyəsinini çox pis istiqaəmtdə dəyişikliklərə məruz qaldığını bildirib. Respondentlərin yalnız 1, 4 % ailəsində çox yaxşı istiqamətdə dəyişənlər olanlardır.

Sizin yaşadığınız yerdə ən ciddi problem nədir? (%)

(şəhər, rayon, kənd)

Respondentlərin 32,2% öz yaşadıqları yerdə ən ciddi problem kimi işsizliyi göstərirlər. İçməli su problemi respondentlərin 16,8%-i üçün ciddi problemdir, qaz təchizatını 15, 3 % faiz respondent ciddi problem hesab edirlər. Maaşların azlığını və qiymətlərin bahalaşmasını müvafiq olaraq 15,3% və 9,7% respondent problem kimi göstərib. Elektrik enejisi problemi ilə daha çox üzləşənlər 6%, kommunal xərclərin artmasını problem kimi göstərən respondentlər isə 5,7% təşkil edib. Maraqlıdır ki, respondentlərin 3,6% problemlərin olmadığını qeyd edib. Respondentlər problem sırasında məmur özbaşınalığını (2,8%), korrupsiyanı (2,6%), və başqa məsələləri də salıblar.

Sizcə, prezident yaşamımızın hansı sahəsinə daha çox diqqət yetirməlidir?

Diaqramdan da göründüyü kimi respondentlərin əksəriyyəti -46, 7 %-i hesab edir ki, prezident yeni iş yerlərinin aıçlmasına daha çox diqqət yetirməlidir. Rəyi soruşulanların 14, 5 %-i korrupsiya ilə mübarizə, 13, 2 %-i məmur özbaşınalığının qarşısının alınması, 6, 3 %-i yaxın ətrafının dəyişdirilməsini diqqət yetirməyi vacib sayırlar. 51 % respondent düşünür ki, enerji, qaz və su təchizatı ilə bağlı problemin həll olunmasına diqqət yetirmək gərəkdir. Sorğuda iştirak edənlərin 3, 5 %-i Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirməyi vacib bilib. Sosial vəziyyətin yaxşılaşdırılmasına və regionlara mütamadi səfərlərə hərəyə, 3,3 % respondent səs verib. 2, 3 % gəncləri dəstəkləməyə, 1, 1 % neft sektorunun inkişafına, 0, 6% başqa sahələrə, 0, 3 % iqtisadiyyatın inkişafına, 0, 1% azad seçkilərin keçirilməsinə prezidentin daha çox diqqət yetirməsini istəyiblər.

Xəbər lenti

Xəbər lenti