...

BARMEK AZƏRBAYCAN ŞİRKƏTİNİN PREZİDENTİ HÜSEYN ARABUL ŞİRKƏTİN STRUKTURUNU YENİDƏN FORMALAŞDIRIB

Siyasət Materials 1 Sentyabr 2005 18:00 (UTC +04:00)

Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul şirkətin strukturunu yenidən təşkil edib. Onun Trend ə eksklüziv olaraq bildirdiyi kimi, bu günlərdə şirkətin yeni strukturu açıqlanacaq. "Strukturda qlobal dəyişikliklər edilməyib.

Bu tədbirin həyata keçirilməsində məqsəd keyfiyyətli xidmətin, onun səmərəliliyinin və məhsudlarlığının təmin olunmasıdır", - deyə o qeyd edib.

H.Arabul, həmçinin, şirkətdə baş menecer vəzifəsinini ləğv olunduğunu təsdiq edərək bildirib ki, bu istiqamətdə heç bir problem yox idi, belə ki, baş menecer Çingiz İbadov Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürdüyündən öz xahişi ilə işdən çıxarılıb.

"Bakıda elektrik enerjisinin satışı və istismarı üzrə 4 regional idarə ləğv olunub. Aparılmış yoxlamalar nəticəsində aralarında idarə, şəbəkə və departament rəhbərlərinin olduğu 16 əməkdaş cəzalandırılıb, 25 nəfərə isə şiddətli töhmət verilib", - deyə şirkətin prezidenti bildirib.

Şirkətin keçmiş əməkdaşlarına qarşı məhkəmə iddiasının qaldırılmasına gəldikdə, H.Arabul bunda maraqlı olmadığını vurğulayıb. "Hesab edirəm ki, onlar işdən çıxarılmaqla yaxşı cəzalanıblar. Lakin bu, fəaliyyəti zamanı pozuntulara yol verən əməkdaşların məhkəmə tərəfindən cəzalandırılmayacaqlarına əsas vermir", deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti