...

HAKİM PARTİYANIN VƏ YENİ SİYASƏT SEÇKİ BLOKUNUN NÜMAYƏNDƏLƏRİ AYAZ MÜTƏLLİBOVUN ÖLKƏYƏ QAYIDIŞINA MÜNASİBƏT BİLDİRİB

Siyasət Materials 6 Sentyabr 2005 18:28 (UTC +04:00)

"Biz dövlət orqanlarından Azərbaycanın eks prezidenti Ayaz Mütəllibovun ölkəyə qayıtmasına şərait yaratmasını tələb edirik". Bu barədə Trend agentliyinə 17 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınan Ayaz Mütəllibovun namizədliyini irəli sürən müxalifətyönlü Yeni Siyasət (YS) seçki blokunun təsisçilərindən olan politoloq Eldar Namazov bildirib.

E.Namazov onu da qeyd edib ki, eks prezidentin Azərbaycana gəlişinə qadağa qoyulub qoyulmasından asılı olmayaraq onun adı seçki bülletenlərində olacaq: "Mən əminəm ki, seçicilər ona dəstək verəcək və o, seçkilərdə qələbə qazanacaq".

Politoloq A.Mütəllibovun Azərbaycana qayıdışna dövlət tərəfindən maneə yaradıldığını bildirib: "Dövlət ona şəxsiyyət vəsiqəsi vermir. Gələcəyi təqdirdə isə onu həbs edəcəyi ilə hədələyir. Əgər onun günahı varsa imkan verilməlidir ki, vətəninə qayıdıb günahsızlığını sübuta yetirsin".

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə Trend ə bildirib ki, Ayaz Mütəllibov ədalət mühakiməsi qarşısında cavab verməlidir: "Əgər günahsızlığını sübuta yetirmək üçün əlində tuturalı faktlar varsa buyurub Azərbaycana gələ bilər".

M.Qurbanlı onu da bildirib ki, eks-spikerin Azərbaycana gəlməsinə dövlət tərəfindən heç bir maneə yaradılmayıb.

Xəbər lenti

Xəbər lenti