...

PA GOIERNMENT SERIICE INC.-İN EKSPERTLƏRİ BAKIYA GƏLİB

Siyasət Materials 7 Sentyabr 2005 12:58 (UTC +04:00)

Senytabrın 7-də PA Government Service Inc. (PA Consulting Group-un tərkibinə daxil olan)konsaltinq şirkətinin ekspertləri Bakıya gəlib. Səfərdə məqsəd Azərbaycanda noyabrın 6-da nəzərdə tutulmuş parlament seçkilərində "exit poll" keçirilməsi ilə bağlıdır. Bu barədə Trend ə şirkətin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.

Qrupun tərkibinə şirkətin ekspertləri Devid Hofman və Robert Baunqardinerdir. Hazırda ekspertlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümaynədələri ilə görüşlər keçirirlər.

USAID "exit poll"-ın keçirilməsi ilə bağlı PA Government Services -lə müqavilə imzalayıb. "Exit poll" Azərbaycanın seçki məntəqələrinin yarısında keçiriləcək, onun ilkin nəticələri isə səsvermə günü elan ediləcək.

PA Government Services məlumatların kompyuter və hesablama bazalarının yaradılmasında yerli kadrlarla hazırlıq aparır ki, bu respublikada "exit poll" keçirməyə imkan verəcək.

"PA Government Services" bütün dünya tərəfindən tanınmış konsaltinq şirkətidir ki, bu şirkət Avrika ölkələrində, Qafqazda, Əfqanıstanda və Orta Asiyada çoxsaylı layihələr həyata keçirib.

"Exit poll" ABŞ-ın vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafı, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsində ABŞ-ın yardımının bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti